MMC qeydiyyatı – şirkət açmaq üçün onlayn müraciət sistemi
Şəxsiyyət vəsiqəsi ilə 1 iş günü ərzində
onlayn MMC yaradılması və fərdi sahibkar VÖEN qeydiyyatı

MMC qeydiyyatı necə aparılır?
Onlayn müraciət prosesi mərhələli şəkildə həyata keçirilir. Məlumatlar təqdim edildikdən sonra qeydiyyat üçün tələb olunan sənədlər hazırlanır və elektron dövlət qeydiyyatı proseduru icra edilir.
Şirkət qeydiyyatı prosesi məsafədən, elektron qaydada və mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Hazır sənədlər elektron formada təqdim edilir.
Müraciət göndərilir
MMC adı, fəaliyyət sahəsi və əlaqə məlumatları təqdim edilir.
Məlumat dəqiqləşdirilir
Təqdim olunan məlumatlar yoxlanılır və qeydiyyat üçün uyğunlaşdırılır.
Elektron qeydiyyat
Şirkətin dövlət qeydiyyatı və vergi uçotu elektron qaydada həyata keçirilir.
Sənədlər təqdim edilir
Hazır qeydiyyat sənədləri, yəni VÖEN, Nizamnamə və Dövlət reyestrindən çıxarış məlumatları elektron formada göndərilir.
Elektron xidmətlər
Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı, MMC yaradılması, VÖEN əldə edilməsi və elektron müraciətlə bağlı xidmətlər.
MMC qeydiyyatı
Şəxsiyyət vəsiqəsi ilə 1 iş günü ərzində onlayn MMC yaradılması üçün müraciət xidməti.
MMC ləğvi
Fəaliyyətini dayandırmaq istəyən MMC-lərin rəsmi ləğv proseduru üzrə müraciətlərin hazırlanması.
MMC məlumat dəyişikliyi
Direktor, hüquqi ünvan, təsisçi və fəaliyyət məlumatlarında dəyişikliklərin rəsmiləşdirilməsi.
Möhür sifarişi
Yeni yaradılmış MMC-lər üçün rəsmi möhür hazırlanması və sifarişin qəbul edilməsi.
Asan İmza almaq
Asan İmza ilə bağlı qeydiyyat, aktivləşdirmə və istifadə üzrə dəstək xidməti.
Obyekt uçotu
Vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektin vergi orqanında uçota alınması.
ASC qeydiyyatı
Açıq Səhmdar Cəmiyyətin yaradılması və dövlət qeydiyyatı xidməti.
QSC qeydiyyatı
Qapalı Səhmdar Cəmiyyətin qeydiyyatı və təsis sənədlərinin hazırlanması.
QHT qeydiyyatı
İctimai birlik və fondların yaradılması üçün sənədlərin hazırlanması və dövlət qeydiyyatı.
MMMC qeydiyyatı
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması və dövlət qeydiyyatı.
Fərdi sahibkar qeydiyyatı
Fiziki şəxslərin vergi uçotuna alınması və VÖEN əldə edilməsi.
Müqavilə hazırlamaq
Müxtəlif hüquqi münasibətlər üzrə müqavilə və sənədlərin hazırlanması.
Elektron qeydiyyat sistemi
Hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi uçotu prosesləri elektron müraciət əsasında mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.
1 iş günü ərzində
Müraciətlər təqdim edilən məlumatlar əsasında qısa müddət ərzində emal olunur.
Tam onlayn proses
Qeydiyyat mərhələləri elektron qaydada məsafədən həyata keçirilir.
Şəxsiyyət vəsiqəsi ilə
Müraciət üçün şəxsiyyət vəsiqəsi məlumatlarının təqdim edilməsi kifayətdir.

Elektron sənədləşmə
Hazırlanmış sənədlər elektron formada təqdim olunur.
Vergi uçotuna alınma
Qeydiyyat zamanı hüquqi şəxsin vergi uçotu proseduru icra edilir.
Rəsmi qeydiyyat proseduru
Elektron müraciətlər mövcud dövlət qeydiyyatı qaydalarına uyğun baxılır və sənədlər Dövlət Vergi Xidməti tərəfindən hazırlanır.
MMC yaratmaqla bağlı tez-tez verilən suallar
Elektron dövlət qeydiyyatı, MMC yaradılması və VÖEN əldə edilməsi ilə bağlı əsas suallar və cavablar.
MMC yaratmaq üçün nə etmək lazımdır?
MMC yaradılması üçün şirkət adı, fəaliyyət sahəsi və təsisçi məlumatlarını dolduraraq e-mmc.az vasitəsilə müraciət göndərin. Müraciətə baxılaraq 1 iş günü ərzində mmc yaradılır.
Online MMC yaratmaq mümkündür?
Bəli. Elektron müraciət vasitəsilə MMC qeydiyyatı məsafədən həyata keçirilə bilər.
MMC açmaq üçün Asan imza lazımdır?
Xeyr. Şəxsiyyət vəsiqəsi ilə online müraciət mümkündür.
Xarici vətəndaş MMC aça bilər?
Bəli. Xarici vətəndaşlar üçün də hüquqi şəxs qeydiyyatı mümkündür.
MMC yaratmaq üçün lazım olan sənədlər hansılardır?
Şəxsiyyət vəsiqəsi məlumatları və şirkətlə bağlı əsas məlumatlar tələb olunur. Şirkətin adı, ünvanı, telefonu və sair.
MMC neçə günə yaradılır?
Qeydiyyat prosesi adətən 1 iş günü ərzində tamamlanır.
Şirkət adının yoxlanılması mümkündür?
Bəli. Müraciət zamanı şirkət adının uyğunluğu yoxlanılır.
MMC ilə fərdi sahibkar VÖEN arasındakı fərq nədir?
MMC hüquqi şəxs hesab olunur və şirkət formasında fəaliyyət göstərir. Fərdi sahibkar isə fiziki şəxsin öz adına vergi uçotuna alınması formasıdır.
